Eligül Bronz ilə tanış olun

1983-cü ildə Eligül ailəsi “Eligül Bronz” şirkətini təsis edən zaman, onların yeganə məqsədi hər bir hissəsi xüsusi olaraq əl ilə işlənməklə şərq üslubunda mebellər istehsal etmək idi. Ailə az keçmədən bu məqsədlə bürüncdən istifadə etməyə başladı. Bürüncün asanlıqla istənilən formanı alması və eləcə də dizayna uyğun təbii rəngi və müvafiq qatışıqları, illərə meydan oxuyan möhkəmliyinə görə keyfiyyətli və xüsusi mebellərin hazırlanmasında xüsusilə ondan istifadə edilməsinə qərar verildi.

Eligül Bronz müəyyən bir dəst və ya kataloq təqdim etmək əvəzinə, şirkət müəyyən olunan xüsusi müştəri portfeli vasitəsilə həm müştərilərin istəyinə uyğun mebellər dizayn edirdi, həm də bu sahədə peşəkarlaşmağa çalışırdı. Artan maraq və tələblə yanaşı, şirkətin təsisat işləri başa çatdıqda, Eligül Bronz-un Ankarada əsas binası açıldı. Bu vaxtdan etibarən araşdırma və inkişaf istiqamətində işlərə başlayan şirkət diqqəti həm klassik mebel anlayışını dəyişdirməyə, həm də Eligül Bronz-un nüfuzuna uyğun yeni mebellər istehsal etməyə yönəltdi. Ən keyfiyyətli materiallar və bənzərsiz bürünc işləmələrlə yanaşı, şirkət farfor üzərində işləmə başda olmaqla, istehsal etdiyi mebellərdə fərqli üslublardan istifadə etməyə başladı. ISO 9001:2000 Sertifikatı alan Şirkət istehsal etdiyi bütün mebellərin dizaynı və istehsalını tamamilə özü həyata keçirir və bütün işçi heyətini iş imkanları ilə təmin edir

Hazırda Eligül Ailəsi indiyədək qarşısına qoyduğu məqsədlərin demək olar ki, hamısına çatmışdır. Eligül Bronz yalnız ölkə daxilində yerləşən mağazaları ilə deyil, eyni zamanda xaricdə açdığı böyük satış mərkəzləri/mağazaları vasitəsilə mebellərin satışını həyata keçirir. Rusiya, Dubay, Türkmənistan, Azərbaycan, Qazaxıstan, İran və İraq başda olmaqla bir çox ölkəyə mal ixrac edən şirkətin ən böyük mağazalarından biri Dubayın Şarja şəhərində xidmət göstərməkdədir. Şirkətin beynəlxalq səviyyədə şöhrət qazanmasının əsas səbəbi də sadəcə müəyyən bir üslubda mebellər istehsal etməkdən əlavə, özünəməxsus üslubu olan mebel dəstlərinin istehsal edilməsidir.

Eligül Ailəsinin istehsal etdiyi mebellərdə bürünc işləmələrə yer verməsi heç də təsadüfi deyildir. Bürüncün “Eligül Bronz”un etalonu olmasının səbəbi kökləri min illər əvvələ dayanan bürünc sənətkarlığından irəli gəlir. Osmanlı dövrünün ustalarının istifadə etdiyi bürünc işləmələrin bu gün də qəbul edilməsinin səbəbi budur. Bürüncdən köhnəlməyən dəbli mebellərin istehsalı zamanı istifadə edildikdə, o, sahiblərinə illərlə heç bir problem yaratmadan xidmət edir. Eligül Bronz-un ən böyük sirri istehsal olunan mebellərin illər keçsə belə dəyərini itirməyən şirkətə məxsus “Eligül üslubu” ilə istehsal edilməsindədir. Ən incə detalına qədər Eligül üslubunu əks etdirən mebellər istehsal olunduğu vaxtdan asılı olmayaraq bənzərsiz və ən azı alındığı gündəki kimi dəyərli qalmağı bacarır.

Şifrəni daxil edin

SARAYLI

LALƏ

KRİSTAL

SARMAŞIQ

KUPALI

ÜZÜMLÜ

ORKİDE

BRONZE DİVANLARI

AKSESUARLAR

QAPI

MƏTBƏX

Lalə

Mebellərin funksiyalarından əlavə, xüsusi görünüşə malik olmaları fikrinə əsasən istehsal olunan Lalə mebel dəsti hər zamankı bürünc işləmələrlə yanaşı mebellərdə istifadə olunan, üzərində lalə gülünün əks olunduğu parçanın ağ rənglə harmoniyası ilə diqqəti cəlb edir. Mebel dəsti üçün Lalə adının seçilməsi əlbəttə ki təsadüfi deyildir. Müəyyən bir dövrün əsas simvollarından biri olan lalə təcəssüm etdiyi rahatlıq və bənzərsizliyə malik həyat tərzini əks etdirməklə yanaşı həm də xəttatlar, rəssamlar kimi bir çox sənətkarlara ilham vermişdir. Lalə mebel dəstinin hazırlanmasında istifadə olunan parçalar vizual olaraq möhkəm görünüşə malik Lalə mebel dəstində daha yumşaq görünüş yaratmaqla yanaşı, eyni zamanda onların nə qədər rahat ola biləcəklərini də göstərir. Eligül şirkətinin istehsal etdiyi digər mebellərlə müqayisədə, bürüncün əsas element kimi istifadəsindənsə, yalnız lazım olan yerlərdə kiçik detallarla mebel dəstlərini bəzəyən bir element olaraq istifadə olunduğu Lalə mebel dəsti həyatınızda mühüm yer tutmağa olduqca layiqdir.

DİVAN YATAQ OTAĞI DƏSTİ YEMƏK OTAĞI DƏSTİ

Sarmaşıq

Qüsursuz naxışların olduğu bürünc zolaqlar və zərli naxışları olan bu möhtəşəm mebel dəstinə Sarmaşıq adının verilməsinin mühüm bir səbəbi var. Sarmaşıq tez böyüyür və böyüyən zaman ətrafına adaptasiya olmaq məcburiyyətində olmur. Sarmaşığın bitdiyi yerdəki divar artıq sarmaşığa çevrilir və həmin yeri əvvəlki vəziyyəti ilə xatırlayanların və eyni zamanda ilk dəfə görənlərin də yadında sadəcə təbiətin yaratdığı o qüsursuz görüntü qalır. Eligül Bronz-un istehsal etdiyi Sarmaşıq mebel dəsti də bu məqsədlə yaradılmışdır. Bürüncün geniş şəkildə istifadə olunduğu mebel dəstində, qarışıq və detallı və eyni zamanda göz oxşayan bitki naxışları və dəfələrlə çalışılsa belə təkrar edilməyən naxışlı bürünc işləmələrdən istifadə olunur. Zər və bürünc rəngin istifadə olunduğu mebel dəsti sadəcə həsəd aparılmalı deyil, eyni zamanda da arzulanan qüsursuz hissələrə malikdir. Eynilə bir sarmaşıq kimi olduğu yerdə bir üstünlüyə malik olan, marağa səbəb olan və eyni zamanda hər kəsin diqqətini özünə cəlb edən bu mebel dəsti hər zaman sizin seçiminiz olacaq.

DİVAN YATAQ OTAĞI DƏSTİ YEMƏK OTAĞI DƏSTİ

Kristal

İki rəng seçimi ilə üç dəstdən ibarət olan Kristal mebel sanki bu ada layiq olduğunu göstərirmiş kimi çox diqqət çəkən və kristal kimi istehsal olunduğu dövrdən asılı olmayaraq dəyərini itirmədən parıldaya bilən bir mebel dəsti kimi diqqəti cəlb edir. Eligül Bronz Ailəsinə məxsus digər mebellərdən fərqli olaraq, bu dəstin istehsalında bürüncdən yox, bürünc naxışlarla birgə ayaqlarda kristallardan istifadə olunur. Dolablar, divanlar və aksesuarlarda istifadə edilən kristallar, bu dəstə zəriflik qatmaqla yanaşı, eyni zamanda işığın kristal səthdə sanki rəqs etməsinə şərait yaradır. Fındıq və cila rəngi olmaqla iki fərqli rəngdə dizayn edilən Kristal mebel dəsti davamlı və möhkəm görünüşü ilə evinizin dəbdəbəsini daha da artıra bilər və eyni zamanda parlaq cilalı rəng tonları ilə zərifliyə xələl gətirmədən evinizi olduğundan geniş və rahat bir məkana çevirə bilər. Bürüncün hər zamankından fərqli, daha təbii və daha cürətlə istifadə olunduğu bu mebel dəsti ilə sadəcə görünüşü deyil eyni zamanda hissləri təcəssüm etdirən mebellərə sahib olacaqsınız.

DİVAN YATAQ OTAĞI DƏSTİ YEMƏK OTAĞI DƏSTİ

Saraylı

Saraylı mebel dəsti sadəcə adı ilə belə zərifliyin diqqətlə düşünülmüş üslubdan əlavə, əzəməti əks etdirə biləcəyini sübut edir. Bənzərsiz və bütünlüklə əl işləri ilə hazırlanmış bürünclə kombinasiyası, keyfiyyəti, bənzərsiz parça və ağaclardan əldə edilən möhtəşəm infrastrukturu ilə harmoniyası hər tərəfli olaraq sarayların belə həsəd aparacağı bu mebel dəstini bənzərsiz edir. Yemək otağı, divan və yataq otağı dəstləri evinizdə saray görünüşü yaratmaqla yanaşı, eyni zamanda evə fərqli və özünəməxsus bir görünüş verir. Saraylı mebel dəsti sadə görünüşünün əhatə etdiyi mükəmməlliyi öz detalları ilə təcəssüm etdirir. Olduqca dəbdəbəli mebelləri ilə hər evə uyğun olacaq şəkildə klassik və eləcə də bütün diqqətləri özünə cəlb edəcək qədər fərqli quruluşu ilə Saraylının yaratdığı fərqi hiss edəcəksiniz. Fındıq və cila olmaqla iki rəngdə istehsal olunan, bürüncün üstünlük təşkil etdiyi və ayaq hissələri başda olmaqla istifadə olunduğu yerlərdə öz möhtəşəmliyini ön plana çıxaran mebel dəsti bugün olduğu kimi illər sonra da öz təsirini və ecazkar üslubunu qoruyub-saxlayacaq.

DİVAN YATAQ OTAĞI DƏSTİ YEMƏK OTAĞI DƏSTİ

Kupalı

Əzəmət, stil və rahatlığın bir yerdə cəmləşdiyinin yeganə sübutu olan Kupalı mebel dəsti ən incə detalına qədər hərtərəfli şəkildə dizayn olunmuş üslubu ilə ön planda yer tutur. Ən azı bürünc qədər ağac materiallarının da işləndiyi mebel dəstinin digər mebellərin əksinə olaraq yerə daha yaxın quruluşu və sabit görünüşü ilə diqqəti cəlb edir. Kupalı üstün bir keyfiyyətə malik mebel dəsti olmaqla yanaşı eyni zamanda bir klassika hesab olunur. Bu dəst olduğu dövrü nəzərə almadan illərə meydan oxuyan, eyni zamanda illər keçdikcə dəyəri daha da artan, ən az ilk alındığı gündəki kimi xüsusi və dəyərli qalmağı bacaran mebel məhsullarından ibarətdir. Parlaq bürüncü və obeliski xatırladan görünüşü ilə diqqətinizi cəlb edəcək Kupalı mebelləri üzərindəki kiçik detallarla qəlbinizi oxşayacaq. Mebellərdə istifadə olunan çərçivələr, bürüncdən ayaqlar və divanın qolları, bürüncdən naxışlı dəstəklər və əlbəttə ki, dolabların qapılarında və çarpayının başında olan imzaya bənzər möhürü ilə, Kupalı mebel dəsti ona baxdığınız hər saniyə, hər an və ya hər il sizi özünə heyran qoymağa davam edəcək.

DİVAN YATAQ OTAĞI DƏSTİ YEMƏK OTAĞI DƏSTİ

Üzümlü

Bürünc və tutqun rəngli parçalarla özünəməxsus bir üslub yaradan Üzümlü mebel dəsti sütunlu ayaqları və bürünclə həkk olunmuş naxışları ilə sadəliyə meydan oxuyur. Üzümlü mebel dəstinin məqsədi günəşin ilk şüalarının düşdüyü otağı özünəməxsus dəbli üslubu ilə doldurmaqdan ibarətdir. Tünd rənglərin zərli maddələrlə kombinasiyası bürünc naxışlarla birləşdiyi zaman, geniş oturacaq yerləri olan divanlar və hündür qollu dəst, dəbdəbə ilə yanaşı danılmayacaq qədər möhtəşəm əzəməti özündə əks etdirir.

Yemək otağı dəstinə daxil olan mebellərdə Üzümlü mebel dəstinə məxsus əsas elementlərdən bir yerdə istifadə olunur. Dolablarda istifadə olunan zolaqlı sütunlar, naxışlar və ən əsası üzüm naxışının həkk olunduğu bürünc qatı və naxışlı bürüncdən künc əlavələri Üzümlü mebel dəstini özünəməxsus edir. Üzümlü mebel dəsti yalnız gözünüzü deyil eyni zamanda könlünüzü oxşayacaq üslubda yaradılmışdır. Üzərində əyləşən zaman rahatlığını hiss edəcəyiniz divan və stullarla yanaşı, əl ilə toxunacağınız gümüş işləmələrinə bir daha heyran qalacaqsınız.

DİVAN YEMƏK OTAĞI DƏSTİ

Orkide

Bürüncə tətbiq olunan incə əl işləmələri və sehirli toxunuşlarla ən incə detallara malik olan ORKİDE öz möhtəşəmliyi ilə həyatınızı gözəlləşdirəcək şəkildə dizayn edilmişdir. ORKİDE ilk baxışdan öz əzəmətini nümayiş etdirərkən, yerləşdiyi məkandakı yeri ilə sizi özünə heyran qoyacaq. Bənzərsiz modellərdəki parlaq parçaları əhatə edən bürünc işləmələr ilə bir saray hərəmxanasını xatırladan ORKİDE sultanların həsəd aparacağı bir əzəmətə malikdir. Əllərinizlə toxunduqda zərifliyini hiss edəcəyiniz bürünc işləmələri ilə sizləri hər mənada tarixin keçmiş səhifələrinə aparacaq dərəcədə möhtəşəm bir kolleksiyadır

DİVAN YEMƏK OTAĞI DƏSTİ

Bronz Divanları

İlahi gücü təmsil etməklə sanki tarixin sirlərlə dolu daş divarlı saraylarından çıxıb ELİGÜL BRONZ-un ustalıq məharəti ilə bu günə gələrək evlərimizin taxtı olan Bronz Divanları bütün əzəməti ilə öz keyfiyyətini təcəssüm etdirir. Bürüncə bacarıqlı əllərlə verilən formalar sanki tariximizi əks etdirir. Çox sadə olmaqla yanaşı bir o qədər də dəbdəbəli olan divanlardakı klassik üslubu ilə bu dəst görənləri özünə heyran qoyur. Bronz divanları tarixi görünüşü ilə bürünc və parçanın kombinasiyasını özündə cəmləşdirən bir divan dəstidir. Rahat olmaqla yanaşı, görünüşü və üslubu ilə sultan hökmlərinə möhür vurabiləcək Bronz Divanları tamamilə incə işləmələr ilə hazırlanaraq yaşadığınız saraylarda öz yerlərini almışdır.

Aksesuarlar

Hər biri xüsusi əl işi ilə hazırlanmış mebellərə üstünlük verirsinizsə, mebellərlə birgə istifadə edəcəyiniz aksesuarlar da buna uyğun olmalıdır. Buna görə də, Eligül ailəsi olaraq mebelinizin üslubuna uyğun və onlarla birgə istifadə edə biləcəyiniz aksesuarlar istehsal etmişik. Kreslolardan saatlara kimi müxtəlif aksesuarlarla mebel dəstinizi artıra bilər və istədiyiniz ölçüdə və tərzdə yeni mebellər sifariş edə bilərsiniz. Uzun müddət istifadə etməyi nəzərdə tutduğunuz mebellərin sizə və yaşayış yerinizə daha çox uyğun olması üçün istəyinizə uyğun əlavə aksesuarlarla yaşayış yerinizi öz tərzinizə uyğun vəziyyətə gətirə bilərsiniz.

Qapı

Mətbəx

MAĞAZA

Nərimanov rayonu,
Mustafa Kamal Atatürk,
ev 136 (50A)
T. (+994 12) 565 42 26
M. altinoyamebelbaku@gmail.com

Xəritədə göstər

FABRİK

Çiğiltepe Məhəlləsi 14., Küçə No:17
Komplekslər / ANKARA
T. +90 (312) 349 35 25
M. info@eligulbronz.com

Xəritədə göstər